“Qalatasaray” Aleks Tellesdən sonra Braziliyadan növbəti futbolçunu heyətinə qatmaq istəyir. Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, “sarı-qırmızılar” “Sau Paulo”nun müdafiəçisi Rodolfoya elçi düşüb.
Məlumatlara görə, təcrübəli dayaq müdafiəçi axtarışında olan “Cim-Bom” 27 yaşlı braziliyalı üçün 5 milyon avro təklif edib. Xüsusilə də baş məşqçiRoberto Mançininin bu futbolçunu heyətə qatmağı çox istədiyini deyilir.
Qeyd edək ki, Rodolfo 2011-ci ildən “Sau Paulo”da çıxış edir.
Mənbə: Milli.Az