“Roma” təcrübəli futbolçusu Nikolas Burdisso ilə rəsmən yolları ayırıb. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.Belə ki, paytaxt klubundan ayrılan 32 yaşlı müdafiəçi digər A Seriyası təmsilçisi “Cenoa” ilə anlaşıb. Bu transferin detalları ilə bağlı hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, argentinalı futbolçu 2010-cu ildə Milan “İnter”indən “Roma”ya keçib. O, cari mövsüm ancaq 5 matçda çıxış edə bilib.
Mənbə: Milli.Az