Qadin.NET / Qlobal istiləşmənin günahkarları tapıldı

Qlobal istiləşmənin günahkarları tapıldı

 

Alimlər qlobal istiləşmədə ən çox səbəbkar olan ölkələrin siyahısını tərtib ediblər. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, həmin siyahıda ilk yerləri ABŞ, Çin, Rusiya, Hindistan, Braziliya, Almaniya və Böyük Britaniya tutur. Həmin araşdırmanın müəllifləri Monrealdakı Konkordiya Universitetinin araşdırmaçı ekspertləridir. Ekspertlərin hesablamalarına görə, qlobal istiləşməyə həmin ölkələrin verdiyi "töhfələr" 60%-dir. Bu ölkələrin ucbatından dünyadakı orta temperatur 0,74 C dərəcə artıb. Alimlər 1906-cı ildən 2005-ci ilə qədər olan göstəriciləri analiz etdikdən sonra bu qərara gəliblər. 

Mənbə: Milli.Az

24 yanvar 2014
GO BACK