Qadin.NET / Erməni məşqçinin millimizin futbolçusuna bəhanəsi

Erməni məşqçinin millimizin futbolçusuna bəhanəsi

 

Azərbaycan milli komandasının sabiq futbolçusu Murad Hüseynovun karyerasını Rusiyanın “Luç-Enerji” klubuna keçidi düyünə düşüb. Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalının vətənində oynamasına Azərbaycan vətəndaşlığı daşıması mane ola bilər.
Belə ki, komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryan yığmamızın heyətində Almaniya millisinə qol vuran, indi isə aşağı dəstə təmsilçisində baxışda olan Muradı heyətdə saxlamamaq üçün bəhanə tapıb. Çalışdırıcı verdiyi müsahibədə yığmamızın üzvünü bəyəndiyini, lakin onun legioner olmasının transferinə əngəl yaratdığını bildirib: “Bu futbolçu xoşuma gəldi. Xarici olmasaydı, gözüyumulu komandaya götürərdim. Lakin indiki vəziyyətdə onun keçidi alınmayacaq”.
Qeyd edək ki, ölkəmizdə “Qəbələ” və “Sumqayıt”ın formasını geymiş Hüseynov son vaxtlar Serbiya və Çexiya klublarında baxışda olmuşdu.
Mənbə: Milli.Az

 

24 yanvar 2014
GO BACK