"Suriya elektron ordusu" ötən axşam CNN telekanalına məxsus Twitter və Facebook hesablarına hücum edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Facebook-dakı CNN və CNN Politics səhifələri hücuma məruz qalıb. Kanalın Twitter-dəki mikrobloqlarını da dağıdıblar. Səhifələrə və mikrobloqlara çıxışı bərpa etmək mümkün olub.
Suriyalı hakerlər həmin səhifələrdə bu sözləri yazıblar: "Suriya elektron ordusu burada olub. Az yalan danışın. Sizin bütün reportajlarınız saxtadır".
Qeyd edək ki, Suriya elektron ordusu Bəşər Əsəd tərəfindən çıxış edir.
Mənbə: Milli.Az