Qadin.NET / "Fənərbağça" Azərbaycana gəlir

"Fənərbağça" Azərbaycana gəlir

 

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. 

Milli.Az Qəbələnin rəsmi saytına istinadən xəbər verir ki, artıq dəvət alan iki klub – Türkiyə və Rusiya təmsilçiləri “Fənərbağça” və Moskva “Lokomotiv”i turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 29 may - 01 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 
Bu arada turnirdə iştirak üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. 

"Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.
Mənbə: Milli.Az

 

24 yanvar 2014
GO BACK