Qadin.NET / Pentaqon hicaba azadlıq verdi

Pentaqon hicaba azadlıq verdi

 

ABŞ Müdafiə Nazirliyi yayımladığı yeni tənzimləməyə əsasən, öhdəliklərini əskiksiz yerinə yetirmək şərti ilə əsgərlərin dini inancalarının tətbiqinə icazə verilib.

Anspress-in məlumatına görə, yeni tənzimləmə Pentaqon sözçüsü kapitanNeyt Kristensen tərəfindən bildirilib.
Müdafiə Nazirliyində ilk dəfə saqqal, uzun saç, dini geyimlərin və hicabın əsgəri nizam və intizamı pozmaması şərti ilə icazə veriləcəyini açıqlayan Kristensen nazirliyin dini inanclara verdiyi əhəmiyyəti vurğulayıb.
Qərar Amerika İslami Əlaqələr Şurası və Siqh Koalisiyası kimi qeyri-hökumət təşkilatları tərəfindən məmnuniyyətlə qarşılanıb.
Qeyd edək ki, ABŞ ordusunda təxminən 6 500 buddist, 3 min 700 müsəlman və 4 500 yəhudi mənşəli əsgərin olduğu ifadə edilir.

Mənbə: Milli.Az

24 yanvar 2014
GO BACK