Məşhur türk müğənnilərinə aid 145 000 klip video paylaşımı portalı “You-Tube”dən silinəcək. Anspress-in xəbərinə görə, türkiyəli bir çox müğənninin üzv olduğu “Musiqi Əsərləri Sahibi Həmkarlar Qrupu” (MSG) bu istiqamətdə qərar qəbul edib.Buna səbəb bir çox müğənniyə aid klipin iznsiz şəkildə bu portalda yayılaraq müəllif hüquqlarının pozulmasıdır. MSG bu səbəbdən musiqi sektorunun 36 milyon lirə (12 milyon 460 min manat) ziyana düşdüyünü bildirib. Qurum həmçinin bildirib ki, portal klipini yaydığı müğənniyə ödəməli olduğu qonorarı ödəmir.Qeyd edək ki, 1 ildir “You-Tube”a bu istiqamətdə sorğu göndərdiyini, amma heç bir müsbət cavab ala bilmədiyini açıqlayan MSG hüquq yoluna müraciət etdiklərini qeyd edib.Artıq MSG-nın səyləri ilə “You-Tube”da pirat yayımlanan bir çox mahnıya aid klipin bu portaldan silinməsinə başlanılıb.Məlumata görə, başda Tarkan, Sezen Aksu, Sinan Akçil, Soner Sarıkabadayı, Kenan Doğulu, Gülşen və s. olmaqla tanınmış bir çox türkiyəli müğənni MSG-nın üzvüdür.
Mənbə: Milli.Az