Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən yanvarın 24-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.

Miladi: 24 yanvar 2014

Hicri: 23 rəbiul-əvvəl 1435
İlin 24-cü günü
İlin sonuna 341 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.43
Günəş - 07.56
Zöhr - 12.56
Əsr - 15.51
Məğrib - 18.03
İşa - 19.23
1732 - Fransız dramaturq Pyer Bomarşe anadan olub.
1909 - Azərbaycanlı dirijor Əşrəf Həsənov anadan olub.
1909 — Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna Darkı müqəddəs elan edib.
1924 — Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.
1940 — Azərbaycan Rus Dram teatrında Səməd Vurğunun "Vaqif" dramının ilk tamaşası olub.
1945 — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov vəfat edib.
1946 — Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.
1961 - Azərbaycanlı aktyor Sabir Məmmədov anadan olub.
1961 - Aktrisa Nastasya Kinski anadan olub.
1965 — Böyük Britaniyanın görkəmli dövlət xadimi Uinston Çörçill vəfat edib.
1978 — SSRİ-nin nüvə reaktorlu kosmik raketi "Kosmos 954" okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.
1984 — "Apple" şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.
1986 - aktrisa Mişa Barton anadan olub.
1990 — Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib.
1992 — Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.

1993 — Türk jurnalist Uğur Mumçu qətlə yetirilib.
1994 — Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeana düşüb.
2011 — Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında bombalı kamikadze terror aktı törətmişdir. Nəticədə, 35 nəfər həyatını itirmiş, 120 nəfər isə yaralanmışdır.

Mənbə: Milli.Az

24 yanvar 2014
GO BACK