V.Kliçkonun sözlərinə görə, razılığa əsasən, V.Yanukoviç və daxili işlər naziriVitali Zaxarçenko güc tətbiqini dayandıracaq və saxlanılan şəxslərin azad edildiyini açıq şəkildə bəyan edəcəklər, öz növbəsində, etirazçılar da güc tətbiqindən çəkinməlidirlər.
O.Tyaqnibok qeyd edib ki, "Berkut"un odlu silahlardan istifadə etməsinin qadağan olunduğu rəsmi şəkildə bəyan ediləcək: "Əgər onlar şərtləri pozsalar, biz də pozacağıq".
Qeyd edək ki, dünən Ukrayna prezidenti V.Yanukoviçin müxalifət liderləri - "Udar" partiyasının rəhbəri V.Kliçko, "Batkivşina" parlament fraksiyasının lideri Arsen Yatsenyuk və "Azadlıq" partiyasının sədri Oleq Tyaqnibok ilə görüşü olub. Danışıqların üçüncü raundunun yanvarın 24-ü və ya 25-də keçiriləcəyi gözlənilir.
Mənbə: Milli.Az