Qadin.NET / Hava haqqında - 24.01.2014

Hava haqqında - 24.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 5-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq.Temperatur gecə 4-9°, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 2-7° isti, bəzi yerlərdə 2°-dək şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz olacaq.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Temperatur gecə 0-5°, gündüz 6-11° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq.
Temperatur gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 0-5°, gündüz 9-14° isti təşkil edəcək.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 3-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-5°, gündüz 5-10° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü meteohəssas insanlar üçün, əsasən, əlverişli olsa da, 25-də arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. 
Mənbə: Milli.Az

 

24 yanvar 2014
GO BACK