Qadin.NET / Bu da Sony Xperia Z Ultra

Bu da Sony Xperia Z Ultra

 

Sony şirkəti Xperia Z Ultra planşetini təqdim edib. Qurğu yalnız Wi-Fi modulu ilə təchiz edilib. Aparat yanvarın 24-də 500 dollar məbləğində satışa çıxarılacaq.Milli.Az ICTnews-a istinadən bildirir ki, Sony Xperia Z Ultra planşeti 6,44 düymlük Full HD təsvir ölçülü ekran, 2.2 QHs takt tezlikli Snapdragon 800 dördnüvəli çipi, 2 QB əməli yaddaş və 32 QB daxili yaddaş (həmçinin yaddaş kartları üçün slot var), 8 meqapiksellik kamera, GPS, Bluetooth 4.0, NFC modulu ilə təchiz edilib. Qurğunun korpusu toz və su keçirmir (IP58 standartı). Xperia Z Ultra planşetinin çəkisi 212 qr, qalınlığı 6,5 mm-dir.Dəyişilməyən batareyanın tutumu 3050 milliamper/saat təşkil edir.

 

Mənbə: Milli.Az

23 yanvar 2014
GO BACK