“Monako”nun və və Kolumbiya millisinin hücumçusu Radamel Falkao bu il keçiriləcək Dünya çempionatında iştirak edə bilməyəcək. Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, buna futbolçunun sol dizində bağların qopması səbəb olub.
Ulduz oyunçunun müalicəsi ilə məşğul olan portuqaliyalı həkim Joze Karlos Norona bildirib ki, Falkao 6-8 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun DÇ-2014-ün final mərhələsindən kənarda qalması deməkdir.Yaxın günlərdə 27 yaşlı hücumçu dizindən əməliyyat olunacaq. Məsələ ilə əlaqədar artıq “Monako” və Kolumbiya Futbol Federasiyasına məlumat verilib.Xatırladaq ki, bir neçə gün əvvəl “Monako”nun Fransa kubokunun 1/16 final mərhələsinin “Mont d’Or Azerq” komandasına qarşı görüşündə Falkao ciddi zədə almışdı.
Mənbə: Milli.Az