Qadin.NET / Yeni məlumat rekordu vuruldu

Yeni məlumat rekordu vuruldu

 

Alcatel-Lucent və Britaniyanın BT internet provayderinin mütəxəssisləri elan ediblər ki, yeni nəsil magistral marşrutlayıcıların sınağı uğurla başa çatıb. Mövcud və istismara hazırlanan fiber-optik kabellə məlumatlar saniyədə 1,4 terabit sürətlə ötürülüb. Sınaq 410 kilometr məsafədə London və İspviç şəhərləri arasında həyata keçirilib.Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər məlumatların ötürülməsi üçün 1.4 TB/s sürətini yeni dünya rekordu adlandırıblar. Flexgrid texnologiyasına malik yalnız yeni magistral marşrutlayıcılar bu sürətə nail olmağa icazə verir. Onların istifadəsi internet-provayderlərə öz şəbəkələrinin keçirtmə qabiliyyətini bütün infrastrukturu yenidən qurmadan xeyli artırmağa icazə verəcək.
Mənbə: Milli.Az
23 yanvar 2014
GO BACK