Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali bu gün Bakıya gəlib. Bunu Trend-ə bankın Bakı nümayəndəliyindən deyiblər.H.Kerali artıq maliyyə naziri Samir Şərifovla görüşüb. O, sabah iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Baş nazir Artur Rasizadə ilə görüşəcək.DB-nin regional direktorunun səfəri cümə günü axşam saatlarında başa çatacaq.Görüşlər zamanı Dünya Bankının Azərbaycandakı əməliyyatlarının cari vəziyyəti, bankın qısamüddətli və ortamüddətli planları, həmçinin DB-nin Azərbaycan üzrə yeni strategiyası müzakirə edilir.Strategiya üzərində iş 2014-cü ilin sonunadək tamamlanacaq. O, növbəti 3-4 ili əhatə edəcək.
Mənbə: Milli.Az