Duke Dynamics şirkəti Bavariya sporkupesi BMW M4 üçün hal-hazırda hazırlanma mərhələsində olan yeni asmanın təsvirlərini təqdim edib. Rumın dizayner Marius Dumitraskunun çəkdiyi kompüter təsvirləri qurulmuş aerodinamik asma ilə birlikdə avtomobilin dizaynını tamamilə aydın təsəvvür etməyə imkan verir. Bodi-kiti ilk dəfə Bimmerfest illik festivalında göstərəcəklər və artıq cari ilin iyulunda onu Duke Dynamics emalatxanasının rəsmi təmsilçilərindən almaq mümkün olacaq.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, asma şəkli dəyişmiş və splitterli qabaq bamperdən, yan ətəklərdən, diffuzor və arxa bamperin yan bağlantılarından, həmçinin yük yeri qapağı spoylerindən ibarət olacaq. Avtomobilin idmançılığını vurğulamaq üçün detalların çoxu karbondan istehsal ediləcək. Kiçik ikiqapılı sportkarın daha aqressiv görünüşünü təmin etmək üçün o, həmçinin havalanma dəlikləri olan kapot və genişləndirilmiş təkər tağları əldə edəcək. Əlavə olaraq BMW M4 sahiblərinə eksklüziv təkər diski dəstləri, asqının aşağı salınması üçün komplekt və başqa aksessuarlar təklif ediləcək. Bütün bu göstərilənlərdən başqa güc aqreqatının da təkmilləşdirilməsi istisna edilmir.
Mənbə: Milli.Az