Lincoln şirkəti rəsmən yeni nəsil Navigator yolsuzluq avtomobilini təqdim etdi. Modelin ilk ictimai nümayişi 6 fevralda Çikaqo avtosalonu çərçivəsində olacaq.Milli.Az 4charx.com-a istinadən bildirir ki, nəsil dəyişməsindən sonra Naviqator 5,4 litrlik V8 mühərrikindən məhrum olub. Onu EcoBoost ailəsinin 3,5 litrlik aqreqatı əvəz edib. Onun hasilatı 370 at gücü və 583 Nm fırlanma anı təşkil edir. Mühərrik altı diapazonlu avtomat ötürücü qutu ilə birləşir.Yeni nəsili Lincoln Navigator müştərilərinə həm arxa, həm də tam ötürmə ilə təklif ediləcək.
Mənbə: Milli.Az