Qadin.NET / Britaniyanı qarışdıran gülməli hadisə

Britaniyanı qarışdıran gülməli hadisə

 

Məlum olduğu kimi "Mançester Yunayted"in vəziyyəti hazırda acınacaqlıdır.Milli.Az sportnews-a istinadən xəbər veri ki, dünən komanda "Sanderlend"ə penalti seriyasında məğlub olaraq Liqa kubokunda mübarizəni də başa vurdu. Matçdan sonra alkoqol həddini aşan bir "Mançester Yunayted" azarkeşi 999-a (operativ yardım xidməti) zəng edib, onu Aleks Fergüssonla calaşdırmağı tələb edib.Hadisə ilə əlaqədar polisin raportu belə olub:"Dünən gecə 22-30-da sərxoş olduğu sübut edilən "Mançester Yunayted" tərəfdarı Ser Aleks Fergüssonla görüşmək istədiyini bildirdi. Hər kəs komandası məğlub olanda depressiyaya düşə bilər. Ancaq bunun üçün 999-a zəng etmək lazım deyil. Polislə əlaqəli hallarda 101-ə zəng vurmaq lazımdır.Əgər Fergüssonla görüşmək istəyirsinizsə, Mançester Yunayted klubuna zəng etmək daha məntiqlidir".
Mənbə: Milli.Az
23 yanvar 2014
GO BACK