İspaniyanın "Barselona" futbol klubunun prezidenti Sandro Rossel istefa verib.Trend-in Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, istefaya səbəb klub prezidentinin braziliyalı Neymarın transferi zamanı maliyyə fırıldağına əl atmaqda ittiham edilməsi olub.Qeyd edək ki, "Barselona" prezidenti təqribən 40 milyon avro həcmində rüşvət almaqda təqsirləndirilir. Məlumata əsasən, Neymarın transfer qiyməti bəyan edildiyindən daha çoxdur. Belə ki, Neymara görə Kataloniya təmsilçisi 57,1 milyon avro deyil, təqribən 94,4 milyon avro ödəyib. 21 yaşlı Neymar ötən il "Barselona" ilə beşillik müqavilə bağlayıb.
Mənbə: Milli.Az