Qadin.NET / McDonald's şirkətinə qarşı ittihamlar səngimir

McDonald's şirkətinə qarşı ittihamlar səngimir

 

McDonald's Corp şirkəti vergilərdən yayınmaqda ittiham olunur. Milli.Az Day. Az saytına istinadən bildirir ki, bu restoranlar şəbəkəsinin son beş il ərzində 2,2 milyard avro məbləğində vergidən yayındığı deyilir. Şirkət isə ittihamları rədd edir. Vesti.ru-nun məlumatına görə, şirkətin Fransa bölməsinin direktor müavini Aleksis Burdon deyib ki, McDonald's gəlirləri əsasında vergiləri qanunveriviliyə uyğun olaraq ödəyir. Fransanın L'Express jurnalnın məlumatına görə, ölkənin maliyyə nazirliyi şirkətin vergilərdən yayınmasından şübhələnir. Nazirliyin ehtimallarına görə, şirkət Fransada yüksək olan vergilərdən yayınmaq üçün ödəmələri Lyuksemburq və İsveçrə üzərindən həyata keçirib. 

 

Mənbə: Milli.Az

 

23 yanvar 2014
GO BACK