Qadin.NET / Huawei yeni smartfonu göstərdi

Huawei yeni smartfonu göstərdi

 

Huawei şirkəti 2014-cü ilə böyük ümidlər bağlayır. Çin şirkəti yeni ildə Ascend P6 modelinin yeni versiyasını buraxıb. Smartfonun adına S hərfi əlavə edilib, aparatın dizaynı əvvəlki kimi saxlanılıb, bu halda aparatın qalınlığı 0,3 mm artıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, Ascend P6S smartfonu 1.6 QHs takt tezlikli dördnüvəli prosessorla işləyir.Bundan başqa, smartfon Dual SİM dəstəkləyir. 330 avro məbləğində qurğunun başqa xarakteristikaları dəyişməyib: 4,7 düymlük HD ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, 8 meqapiksellik əsas kamera və 2000 milliamper/saat tutumlu akkumulyator. Hələ ki smartfon yalnız Çində satılır.

 

Mənbə: Milli.Az

23 yanvar 2014
GO BACK