Rusiya XİN iyul ayından viza rəsmiləşdirilməsi zamanı bütün əcnəbilərin barmaq izlərinin götürülməsini təklif edir. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.Sənəd layihəsində deyilir: "2014-cü il iyulun 1-dən Rusiya Federasiyasına giriş üçün viza rəsmiləşdirilməsi zamanı əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin barmaq izlərinin skan edilməsi proseduru tətbiq edilsin".Layihə müəlliflərinin fikrincə, bu, 2015-ci ildə Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən viza üçün müraciət edən Rusiya vətəndaşlarının barmaq izlərinin götürülməsi üzrə icbari prosedurun planlaşdırılan tətbiqi ilə bağlı vaxtında cavab tədbirlərinin görülməsinə imkan verəcək.
Mənbə: Milli.Az