“Mən olimpiya oyunlarına hazırlaşıram, məşqlərimi bir kənara qoyub gedirəm məmurların qəbuluna, mənə təsir edən odur ki, daha çox medal almaq məqsədi ilə biz bu yeri almaq istəyirik”.
Qeyd edək ki, cüdoçular üçün ölkə prezidenti tərəfindən Sumqayıtda Paralimpiya idman kompleksi istifadəyə verilib. Lakin məsafəni nəzərə alaraq tanınmış cüdoçu elə görmə qüsurlu idmançılar üçün idman klubu açmaq istəyir. İdmançını maraqlandıran sualları Xətai Rayon İcra Hakimiyyəti əməkdaşları cavablandırıblar. Qurumun baş memarı Vadim Surxayev deyib ki, cüdoçunun idman klubu üçün seçdiyi yer məqsədə uyğundur və məsələnin həlli üçün yalnız Bakı Şəhər Baş Memarlıq İdarəsinin razılığı lazımdır:
“Baş memar məsələnin tezliklə həll olunacağına bizi əmin etdi. Hər halda bununla kifayətlənməyib yollandıq Bakı Şəhər Baş Memarlıq İdarəsinə. İdarədən verilən məlumata görə, qurum rəsmisi xəstələndiyindən ölkədən kənarda müayinə olunur. İdman məktəbinin probleminə gəldikdə isə məsələyə qurum rəsmisi gəldikdən sonra dərhal baxılacaq”.
Mənbə: Milli.Az