Azərbaycan Milli Məclisində hərbi qulluqçulara bir sıra yeni güzəştlərin və statusların, o cümlədən dövlət qulluqçusu statusunun verilməsi müzakirəyə çıxarılacaq. MM-dən APA-ya verilən məlumata görə, bu, yaz sessiyasının gündəliyinə salınan “Hərbi qulluqçuların statusu haqqında” qanuna əlavə və dəyişikliklərə edilən təkliflərdəndir. Layihəyə əsasən, Azərbaycanda hərbçilərə dövlət qulluqçusu statusu verməklə onlara yeni imtiyazlar tətbiq olunacaq. Layihədə eyni zamanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Layihədə hərbçilərin sosial-iqtisadi statusu müəyyənləşəcək, bir sıra yeniliklər olacaq.
Mənbə: Milli.Az