Qadin.NET / Ermənistanın adı dəyişdirilir?

Ermənistanın adı dəyişdirilir?

 

“Ermənistanın adının dəyişdirilməsi məsələsi müzakirə edilmir”.Anspress erməni mətbuatına istinadən bildirir ki, bunu ölkənin xarici işlər naziri Edvard Nalbandyan bildirib.Bu sensasiyalı ideyanın müəllifi isə Ermənistanın təhsil və elm naziri Armen Aşotyandır. “Cənab Aşotyan şəxsi fikrini ifadə edib. Bu məsələ müzakirə edilmir və edilməyəcək”, - deyə Edvard Nalbandyan bildirib.Armen Aşotyan isə Ermənistanı Şərqi Ermənistan adlandırmağı təklif edib və Qərbi Ermənistanın hazırda Türkiyə ərazisində yerləşdiyini iddia edib.

Mənbə: Milli.Az

 

23 yanvar 2014
GO BACK