İspaniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu dünən növbəti yoxlama oyununa çıxıb.Qol.Az-ın məlumatına görə, Milinko Pantiçin komandası Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi hazırda Rumıniya çempionatında 3-cü pillədə olan "Styaua"nı 2:0 hesabı ilə məğlub etməyi
bacarıb.Milli.Az əlavə edir ki, Rumıniya qrandı "Styaua" 1986-ci ildə Kuboklar Kubokunu (Çempionlar Liqası) qazanıb.
Qeyd edək ki, "Bakı" buna qədər Albaniyanın "Laçi" klubu ilə sınaq matçına çıxıb və 4:0 hesabı ilə qalib gəlib, İspaniyanın "Real Balompedika Linense" klubunu isə 1:0 hesabı ilə üstələyib.
22 yanvar
Yoxlama oyunu
21:00. "Bakı" - "Styaua" - 2:0
Qol: Şoliç, 17 (1:0), Ələsgərov, 48 (2:0)
Mənbə: Milli.Az