Qadin.NET / Azərbaycan Ordusunda qadınlar xidmət edəcəklər?

Azərbaycan Ordusunda qadınlar xidmət edəcəklər?

 

Müdafiə Nazirliyindən qadınların orduda xidmətə cəlb olunması məsələsinə aydınlıq gətirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildirilib ki, hərbi hissələrdə xidməti vəzifələrin icrasına qadın mülki şəxslər cəlb olunublar: 

 

“Belə bir statistika aparılmır. Ancaq hərbi hissələrdə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və hazırda da bu proses davam etdirilir”.
Nazirlik tərəfindən Bakının mərkəzindəki hərbi hissələrin gələcəkdə köçürülməsi məsələlərinə də aydınlıq gətirlib:“Hazırda bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilir”.

Mənbə: Milli.Az

23 yanvar 2014
GO BACK