Qadin.NET / Türkiyədə dəhşətli həbsxana tapıldı

Türkiyədə dəhşətli həbsxana tapıldı

 

Türkiyənin Bursa vilayətində aparılan arxeoloji-qazma işlərində qədim zirzəmi aşkarlanıb. Arxeoloqların dediklərinə görə, zirzəmi həbsxana olub. Burada cəlladlar məhbuslara ağlasığmaz, dəhşətli işgəncələr veriblər.Zirzəmi Bursadakı Zindankapı bölgəsində, Alacahırka səmtindədir.
 Lal-kar cəlladlar edam cəzası almış məhbusun başını kəsəndən sonra isə onun kəlləsini çölə çıxarır, biçarənin ailə üzvlərinin və ya tanışlarının 
qarşısına atırdılar.
Milli.Az Hürriyet Daily News-a istinadən bildirir ki, 2300 il yaşı olduğu güman edilən zirzəminin qədim Vifiniya çarlığı dönəmindəki həbsxana kimi istifadə olunduğu şübhə doğurmur.
13-cü əsrdə Nikey imperiyasının mərkəzi olmuş Vifiniya qədim dövlət, sonra Qədim Romanın əyaləti idi. Vifiniyanın ən böyük şəhərləri Nikomediya və Nike idi.
Eramızdan əvvəl 297-ci ildə formalaşmış Vifiniya eramızın 274-cü ilində darmadağın olmuşdu.
Mənbə: Milli.Az

 

23 yanvar 2014
GO BACK