Qadin.NET / Tehranda ABŞ səfirliyi yenidən açılacaq?

Tehranda ABŞ səfirliyi yenidən açılacaq?

 

Həsən Ruhani: “Heç bir düşmənçilik və heç bir dostluq əbədi deyil”.İran prezidenti Həsən Ruhani ölkəsi ilə ABŞ arasında diplomatik əlaqələrin bərpasını mümkün sayır.
 APA-nın məlumatına görə, H. Ruhani Davosda İsveçrənin RTS telekanalına müsahibəsində “ABŞ səfirliyi yenidən Tehranda açıla bilərmi?” sualını belə cavablandırıb: “Heç bir düşmənçilik və heç bir dostluq əbədi deyil. Biz düşmənçiliyi dostluğa çevirməliyik”.

Tehranla Vaşinqton arasındakı əlaqələrin keçmişdə çox çətin olduğunu deyən H. Ruhani lazımi səylər göstəriləcəyi təqdirdə, problemin aradan qaldırıla biləcəyini söyləyib.
“Bu səylər qarşılıqlı etibar mühitinin yaradılması üçün lazımdır”, - deyə o vurğulayıb.
Xatırladaq ki, 1980-ci ildən bəri İranla ABŞ arasında diplomatik münasibətlər yoxdur. Hazırda ABŞ-ın İrandakı maraqlarını İsveçrə səfirliyi təmsil edir.

Mənbə: Milli.Az

23 yanvar 2014
GO BACK