Qadin.NET / Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?

Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?

 

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə Azərbaycanda qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm, qan dövranı sisteminin yoluxucu və parazitar xəstəlikləri üstünlük təşkil edib.Buna baxmayaraq, 2012-ci illə müqayisədə 2013-cü ildə göy öskürək ilə xəstələnənlərin sayı 76,5 faiz, quduzluq ilə - 60 faiz, tetanus ilə - 42,9 faiz, epidemik parotit ilə - 38,3 faiz, qarayara ilə - 33,3 faiz, pedikulyoz ilə - 32,1 faiz, viruslu hepatit ilə - 28,1 faiz, qoturluq ilə - 15 faiz, brusellyoz ilə - 13,9 faiz, ağciyər vərəmi ilə - 9,9 faiz, kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı isə 2,3 faiz azalıb.Məlumata görə, hazırda əhalinin hər 10 min nəfərinə orta hesabla 36 həkim, 62 orta tibb işçisi düşür.

 

Mənbə: Milli.Az

 

23 yanvar 2014
GO BACK