Qadin.NET / Azərbaycan filmləri qardaş ölkədə

Azərbaycan filmləri qardaş ölkədə

 

İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək. 
 Festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq. 

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK