Qadin.NET / Qarabağın Azərbaycana məxsusluğu bir daha sübuta yetirildi

Qarabağın Azərbaycana məxsusluğu bir daha sübuta yetirildi

 

Azərbaycan separatçı erməni rejimi ilə nəinki hərbi və diplomotik, həmçinin elmi sahədə də mübarizə aparır. ADAU-nun alimləri 10 illərdir ki, qoruyub saxladıqları Qarabağ florasının herbarisini beynəlxalq elmi ictimaiyyətə təqdim etməklə yanaşı elmi dairələrdə Qarabağ torpaqlarının məhz Azərbaycana məxsusluğunu sübuta yetiriblər. 
 Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Qarabağda bitən və yalnız bu bölgənin spesifik bitkilərin 100 minədək növü böyük azərbaycanlı alim Validə Tutayuk tərəfindən hələ 60-cı illərdə herbari şəklində toplanıb. Hazırda biologiya elminin qızıl fondu hesab edilən bu herbarilər Azərbaycan Dövlət Aqrar Universitetində qorunub saxlanılır. Bu fondda müxtəlif müalicəvi ot, buğda, gül nümunələri mövcuddur ki, onlar nəinki ölkəmizdə, bütün dünyada nadir bitkilər sırasındadır.

ADAU-nun biologiya kafedrasının müdiri Zaur Hümbətov: “Həmin bitkilər gördüyünüz kimi herbariləşdirilmiş şəkildə bitdiyi marşrutlar isə coğrafi xəritələr şəklində hazırlanıb. Biz bu herbarini qoruyub saxlayırıq. Onları hər il xüsusi maddə ilə işləyirik”.
Mənfur qonşularımızın bu fondu öz adlarına çıxmaq istəyi isə alimlərimizin səyləri nəticəsində boşa çıxıb və yarım əsr öncə toplanan Qarabağ herbarsi Beynəlxalq bitkilər bazasına daxil edilib.
Zaur Hümbətov: “Baxmayaraq ki, ermənilər çox vuruşdular, ora-bura şikayət etdilər, onların bütün səyləri heç bir nəticə vermədi. Qarabağ florası Azərbaycanın adı ilə beynəlxalq sistemdə öz yerini tapdı”.
Məlumat üçün bildirək ki, herbarinin müəllifi akademik Validə Tutayukun sentyabr ayında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 100 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə akademikin həyatını və şəkillərini əks etdirən bukletlər çap olunacaq.

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK