Global Web Index statistikasına istinad edən TechCrunch nəşri yazır ki, Instagram fotoxidməti ən sürətlə inkişaf edən sosial şəbəkə olub. 2013-cü ilin iki son rübündə Instagramın aktiv istifadəçilərinin sayı 23% artıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ikinci yerdə Reddit saytı qərarlaşıb. Reddit eyni müddətdə aktiv auditoriyasını 13% artırıb.
Başqa sosial şəbəkələrdə cüzi artım qeydə alınıb. Belə ki, Pinterest şəbəkəsinin və Quora sual və cavablar saytının aktiv istifadəçilərinin sayı 6% artıb. Twitter mikrobloqlar xidmətində bu göstərici təxminən 2% olub.
YouTube, Facebook, VKontakte və Odnoklassniki mənfi dinamika göstərib. 2013-cü ilin ikinci yarısında hər bir sosial şəbəkə orta hesabla aktiv istifadəçilərinin 3%-ni itirib. Statistika 32 ölkədə yaşayan 170 min internet istifadəçisi arasında keçirilmiş sorğu nəticəsində Global Web Index tərəfindən toplanılıb.
Mənbə: Milli.Az