Qadin.NET / Şəxsiyyət vəsiqəsi yoxdursa, video olmaz

Şəxsiyyət vəsiqəsi yoxdursa, video olmaz

 

Çin Dövlət Radio və Televiziya İdarəsinin rəsmi saytında yer almış məlumata əsasən, bu ölkənin internet istifadəçiləri videohostinq saytlarında öz adları ilə qeydiyyatdan keçməlidirlər.Milli.Az ICTnews-a istinadən bildirir ki, bu qadağa yalnız Çində qeydiyyatdan keçmiş saytlara aiddir. Bu cür resurslara video əlavə etmək imkanına malik olmaq üçün istifadəçi sayt administrasiyasına şəxsiyyət vəsiqəsinin surətini verərək öz şəxsiyyətini təsdiq etməli olacaq.Hakimiyyət izah edir ki, yeni qeydiyyat qaydaları internetdə cəmiyyət üçün qəddarlıq və cinsi zorakılıq səhnələrindən ibarət təhlükəli videokontenti yaymamaq məqsədi ilə tətbiq edilib. İnternet sağlam ünsiyyət mühiti olmalıdır.Çində videohostinqlər çox populyardır. Reutersin məlumatına görə, ölkədə təxminən 428 milyon insan videokontent yüklənmə xidmətlərindən istifadə edir. Çində dünyanın ən böyük videohostinqi YouTube bloklandığından istifadəçilərin əksəriyyəti ÇXR-də qeydiyyatdan keçirilmiş və yerli qanunlara tabe olan Çin analoqlarına daxil olur.İnternetə çıxış üçün şəxsiyyət vəsiqəsinin təqdim olunmasını tələb edən oxşar məhdudiyyətlər artıq İranda mövcuddur. İnternet-kafedəki kompüterlər vasitəsilə internetə çıxan iranlı istifadəçilər ilk öncə şəxsiyyət vəsiqəsini göstərməli, sonra isə xüsusi anket doldurmalıdırlar.
Mənbə:Milli.Az
 
22 yanvar 2014
GO BACK