Jaguar soyuq iqlim şəraitində F-Type rodsteri kapotu altında yeni dörd silindrli mühərriki sınaqdan çıxarır. World Car Fans resursu testlərdən çəkdiyi təzə casus fotolarını dərc edib.Milli.Az 4charx.com-a istinadən bildirir ki, F-Type S versiyasında prototip yeni kapotla seçilir. Xüsusiyyətləri hələ məxfilikdən çıxardılmamış aqreqat məhz bu kapotun altında gizlənir. Onun 240 a.g. və 340 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbo mühərrik olduğu güman edilir. O bütöv bir yeni mühərrik sırasının bir üzvü olacaq və güc ilə həcmin və kütlə ilə effektivliyin nisbətinin yeni standartlarını ortaya qoyacaq. Daha əvvəllər bildirilirdi ki, gələcəkdə belə aqreqatlar Jaguar Land Rover modellərinin əksəriyyətində quraşdırılacaq.Bütün bunlardan başqa dörd silindrli mühərriklə Jaguar F-Type öz ailəsinin ən münasib qiymətə satılan nümayəndəsi olacaq.
Mənbə: Milli.Az