Dünya İqtisadi Forumunun məlumatına görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında insan kapitalı indeksi üzrə liderlik edir. Trend-in məlumatına görə, bu barədə Forumun yaydığı "Human Capital Report-2013" hesabatında deyilir.
Hesabata görə, Azərbaycan 122 dövlət arasında -0,157 ballıq nəticə ilə 64-cü yeri tutur. Ermənistan 73-cü yerdə qərarlaşıb (-0,218 bal). Regionda ən pis vəziyyət -0,258 ballıq nəticə ilə 77-ci yeri tutan Gürcüstana məxsusdur.
Reytinq hesablanarkən dörd əlavə göstərici üzrə analizin nəticələri nəzərə alınıb. O cümlədən, Azərbaycan "Təhsil" göstəricisi üzrə -0,153 ballıq nəticə ilə 71-ci, "Sağlamlıq və səhiyyə" üzrə 94-cü (-0,414 bal), "İşçi qüvvəsi və məşğulluq" üzrə 55-ci (-0,016 bal) və "Əlverişli mühitin yaradılması" üzrə 55-ci (-0,016 bal) yeri tutub.
Reytinqin liderləri müvafiq olaraq 1,455, 1,406 və 1,232 ballıq nəticələrlə İsveçrə, Finlandiya və Sinqapurdur.
Mənbə: Milli.Az