Qadin.NET / Bakı Metropolitenindən sökülən evlərlə bağlı açıqlama

Bakı Metropolitenindən sökülən evlərlə bağlı açıqlama

“Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur”

Bunu “Axar.az”a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəisi Nəzakət Tarıverdiyeva dedi.O, hazırda depo ərazisində heç bir söküntünün aparılmadığını bildirdi:“Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur. Əslində, bundan əvvəl söküntü işləri var idi, amma onların da kompensasiyası verilib. Yayılan xəbərlərin heç biri doğru deyil”.Qeyd edək ki, bir az əvvəl mətbuatda Binəqədi rayon, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə evlərin söküldüyü barədə məlumat yayılmışdı. Söküntü aparılarkən ərazidə Metropolitenin rəis müavininin olduğu bildirilmişdi. 

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK