2035-ci ildə dünyada kasıb ölkə qalmayacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dünyanın ən varlı adamlardan biri, Microsoft şirkətinin təsisçisi Bill Qeyts deyib.
Bu proqnozu ilə Qeyts "inkişafa əngəl törədən mifləri" dağıtmaq istəyib.
"Daha dəqiq, mən onu nəzərdə tuturam ki, 2035-ci ildə, infliyasiya nəzərə alınmaqla belə, heç bir ölkə bu gün Dünya Bankının kasıb hesab etdiyi 35 ölkə qədər kasıb olmayacaq", - o vurğulayıb.
Onun sözlərinə görə, həmin vaxta qədər bütün ölkələri iki hissəyə bölmək olacaq: yüksək gəlirli dövlətlər və orta gəlirli dövlətlər.
Dünyanın ən varlı adamı hesab edir ki, kasıb ölkələrə onların daha uğurlu və varlı qonşularının təcrübəsi yardımçı olacaq.
Mənbə: Milli.Az