Qadin.NET / Fəlakət: ən böyük göl qurudu

Fəlakət: ən böyük göl qurudu

 

Çinin ən böyük şirin sulu gölü Poyanhu quruyub. Szansi vilayətindəki bu göl turistlərin axın etdiyi məkandır. Fəqət uzun müddətdən bəri davam edən quraqlıq və üstəlik, gölün yaxınlığındakı su anbarının tikilməsi Poyanhunun suyunun "qeybə" çəkilməsinə səbəb olub.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bölgədə kəskin su qıtlığı yaranıb. Üstəlik, Poyanhu sahillərindəki kəndlərin məşhur olduğu balıqçılıq da faktiki olaraq məhv durumundadır.Gölün yaxınlığında dünyanın ən böyük su bəndi sayılan Sansya inşa olunandan sonra Poyanhu sürətlə qurumağa başlamışdı.Cəmi bir neçə həftə əvvəl balıqların üzdüyü göl indi cadar-cadar olmuş torpaqlı məkandır.
 Sahəsi 3500 kvadrat kilometr olan Poyanhunu ekspertlər böyük ekoloji fəlakət sayırlar.Gölün suyu çəkiləndən sonra onun dibində qədim daş körpü aşkarlanıb.
Beijing News bildirir ki, 1631-ci ildə, Min xanədanı zamanı tikilmiş 2930 metr uzunluğundakı qranit körpü o vaxt inşa edilmiş 1000 körpüdən biri idi.
Mənbə: Milli.Az
22 yanvar 2014
GO BACK