
Əsasən süd məhsulları, çörək, müxtəlif turşular, tərəvəzlər şəhər sakinləri tərəfindən böyük həvəslə alınır. Hətta dükanda növbələr də yaranır.
Anspress yazır ki, bu dükanla fermerlər satış problemini, demək olar ki, həll ediblər. Mövsümündən asılı olaraq hər növ məhsullar burda öz alıcısını tapır. Nəticədə həm istehsalçı qazanır, həm də mağazanın sahibləri.
Mağazanın rəhbəri Nadejda Kijmenyova: “Əsas malları biz həftədə 2 dəfə gətiririk, çərşənbə axşamı və cümə günlərində. Amma tez xarab olan malları, məsələn, xamanı hər gün gətiririk. Biz hər zaman şad olarıq, təki müştərilərimiz çox olsun”.
Kənd təsərrüfatı məhsullarının belə satış forması “Fermer mağazaları” və yaşıl marketlər adlanır. Bunun üstünlüyü fermerin əlavə vaxt itirmədən, nəqliyyat xərci çəkmədən məhsulunu elə yerində bu dükanların sahiblərinə satmasıdır. Yaxın vaxtlarda ölkədə bu cür mağazaların geniş şəbəkəsinin yaradılması nəzərdə tutulub.
Mənbə: Milli.Az