Kikboksçumuz 35-ci dəfə qalib oldu.Milli.Az-ın məlumatına görə, yanvarın 18-i Çinin Xiang Yang şəhərində kikboksinq üzrə Shulen Feng böyük peşəkar yarış keçirilib. Yarışda Azərbaycanı 4-qat dünya çempionumuz Pərviz Abdullayev təmsil edib. Keçirilən 8-lik yarışda idmançımız 70 kq çəki üzrə döyüşüb. Çinli idmançı Li Zikai ilə rinqdə görüşən Pərviz Abdullayev görüşü tam üstünlüklü qələbə ilə başa vurub. Xatırladaq ki, bu idmançımızın 35-ci qələbəsidir.
Azərbaycanlı idmançı yarışa idmançısı olduğu "12 May-Kobra" Kikboks Klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kikboksçumuz orada "Super PRO" klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib.
Pərviz Abdullayev FHN-in əməkdaşıdır.
Mənbə: Milli.Az