Qadin.NET / Hacı İsmayılovun doğum günüdür

Hacı İsmayılovun doğum günüdür

 

Milli.Az xəbər verir ki, bu gün görkəmli xalq artisti aktyor Hacı İsmayılovun doğum günüdür. 70 yaşını qeyd edən Hacı bəy 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Sonra Sumqayıt Dövlət Dram Teatrına işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil olub. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyası göstərib və H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib.
Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.
Onuda bildirək ki, sevilən aktiyorumuzu daha çox "Həm ziyarət, həm ticarət" filmində daha çox tanıyarsız və hal-hazırda ailəlidir, iki övladı və iki nəvəsi var.
Məbə: Milli.Az

 

22 yanvar 2014
GO BACK