Qadin.NET / Dünya tarixində bir ilk: Obama bunu da edəcək

Dünya tarixində bir ilk: Obama bunu da edəcək

 

ABŞ prezidenti Barak Obama tarixdə ilk dəfə olaraq ABŞ-Afrika sammiti keçirəcək. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sammitin keçirilməsi avqustun 5-6-sı tarixinə nəzərdə tutulur.
 Bu barədə ABŞ dövlət başçısının mətbuat katibi Cey Karni məlumat verib. Məlumata görə, Obama Afrika qitəsindən bütün 47 dövləti görüşdə iştirak etməyə dəvət edib.

“Obama bütün Afrika dövlətlərinin liderlərini paytaxt Vaşınqtonda qəbul etməyi düşünür. Məqsəd isə, dinamik inkişaf edən və böyüyən regionla əlaqələri möhkəmlətməkdir. “,- deyə məlumat verilib.
"Ağ ev Afrika ilə ticari və investisiya əməkdaşlığını inkişaf etdirmək üçün çalışacaq", - deyə Karni əlavə edib. 

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK