Qadin.NET / Bu gün Suriyaya sülh gələcəkmi?

Bu gün Suriyaya sülh gələcəkmi?

 

Bu gün bütün dünyanın diqqəti İsveçrənin Montre şəhərinə yönəlib. Milli.Az xəbər verir ki, Suriyada sülh təşəbbüsləri ilə bağlı həmin şəhərdə konfrans işinə başlayır. Vesti.ru-nun məlumatına görə, konfransın başlamasından əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri, BMT-nin baş katibi Pan Gi Mun və BMT-nin Suriya məsələləri üzrə xüsusi elçisi Laxdar Brahimi ilə görüşüb. Siyasətçilər görüş barədə şərh verməsələr də, məlum məsələdir ki, həmin müzakirələr sülh danışıqlarının gedişinə istiqamət verəcək. 
 Montre şəhərinin ənənəvi həyatı dəyişib. Mehmanxanalar dolub, yolların bəziləri bağlanıb. Diplomatik nömrələr ilə maşınlar isə heç olmadığı qədər çoxdur. Konfransın keçirildiyi bir vaxtda şəhərin küçələrində asayiş keşikçilərinin sayı turistlərin və şəhər sakinlərinin sayından daha çox görünür. Tədbirin "Montre Palace"da keçiriləcəyi deyilir.Şəhərdə təhükəsizliyin təmin olunması üçün hərbi aviasiya da cəlb olunub.Beynəlxalq təşkilatların hesablamalarına görə, 2011-ci ildə başlayan münaqişə nəticəsində 130 min nəfər həlak olub. 2,4 milyon insan öz evindən didərgin düşüb. 

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK