“Adi dediyimiz qripin isə “A”, “B”, “C”, “D” və s. variantları var. Müasir dövrdə insanlar daha çox adi qriplə yoluxurlar. Əgər “A” variantında qripə yoluxubsunuzsa, “B” və “C” variantlarına immunitet olmayacaq. Yalnız “A” variantına immunitet yaranacaq. Bu varianta insanlar daha çox yoluxurlar. Həmin virus daha çox mutasiyalara uğrayır. Formasını tez-tez dəyişdirən virusdur. Bu səbəbdən də insanda qrip virusuna qarşı immunitet olmur. Amma “donuz”, “quş qripi”nə immunitetin yaranması peyvəndlər vasitəsilə həyata keçirilir”.
K. Mahmudovanın sözlərinə görə, “quş qripi”ndən 15 ölkədə 384 nəfər ölüb. “Hazırda müşahidə edilən qrip epidemiya şəklində geniş vüsət almadığı üçün dövlət bu barədə “SOS” siqnalı çalmadı. Amma çox dayanıqlı bir virus ştammıdır. Öz formasını dəyişdirdiyindən onu müalicə etmək çətindir. Antibiotiklər, müxtəlif dərmanlar o qədər qəbul edilir ki, insanlarda həmin virusa qarşı davamsızlıq yaranır. Ən əsası isə antibiotikin virusa heç bir təsiri yoxdur. İnsanların uzunmüddətli dərman preparatları qəbul etməsi, əvvəlcədən xroniki xəstəliklərin olması bu virusun uzun müddətli olmasına şərait yaradır”.
Həkim-hepatoloq bildirir ki, orqanizm zəif olduqda, xüsusilə uşaqlarda immuniteti gücləndirən vitamin kompleksləri qəbul edilməlidir.“Hərarət olduqda salmağa və onu törədən mənbəni tapmağa çalışmaq lazımdır. Hərarət orqanizmin immun sistemidir. Virusa qarşı reaksiyasıdır. Uşaqları narahat edən burun ətini nisbətən tez də kəsdirmək olar, amma boğazda olan badamcıqların kəsilməsi ən azı 7-8 yaşa qədər gözlənilməlidir. Mən bir həkim kimi onun müalicəsinin tərəfdarıyam. Çünki yalnız effektli müalicədən sonra nəticəyə nail olmaq olar. Badamcıqlar orqanizmdə bir qapıdır. Virus ilk öncə burunun tükcüklərində orqanizmə daxil olur. Oradan boğaz yoluna ötürülür. Həmin virusun daxili orqanlara girişinə bu qapı mane olur. Həmçinin badamcıq immun sistemində mühüm rol oynayan bir orqandır. Onu kəsməklə demək olmaz ki, hər şey yaxşıdır. İmmun sistemində problem varsa, onu kəsməklə can qurtarmaq olmayacaq”.
Mənbə: Milli.Az