Qadin.NET / Qar ABŞ-ın həyatını dondurdu

Qar ABŞ-ın həyatını dondurdu

 

Ötən gün ABŞ-ın şimal-şərq regionlarına yağan qar minlərlə aviareysin təxirə salınmasına, bir sıra dövlət müəssisələrinin, məktəblərin fəaliyyətinin dayandırılmasına səbəb olub. Delaver, Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan olunub. 
 4 mindən çox aviareys ləğv olunub, 6,3 min reys isə təxirə salınıb. 

Soyuq hava məmurların işinə də təsirsiz ötüşməyib. Nyu-Cersi qubernatoruKris Kristinin ikinci müddətdə fəaliyyəti üçün inauqurasiya mərasimi təxirə salınıb. Massaçusets qubernatoru Deval Patrik qanunverici orqana ənənəvi müraciətini təxirə salıb. Delaver ştatının baş assambleyasının hər iki palatası iclas keçirə bilməyib. 
Pensilvaniya ştatında isə qarın vurduğu zərərlərin aradan qaldırılması üçün 189 milyon dollar sərf olunub. 

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK