Qadin.NET / 15 milyon dollarlıq almaz tapıldı

15 milyon dollarlıq almaz tapıldı

 

Cənubi Afrika Respublikasında 15 milyon dollar dəyərində mavi almaz aşkarlanıb. Milli.Az Reuters-ə istinadən bildirir ki, mütəxəssislərin fikrincə, almaz hərracda məhz bu qiymətə satıla bilər. Almaz Pretoriyanın yaxınlığındakı "Petra Diamonds" şirkətinin şaxtasında tapılıb. Palıd qozası formasında olan almazın çəkisi 29,6 karatdır.Zərgər cilalanmasına məruz qalmazdan əvvəl almazların tam əksəriyyəti sarı və ya qəhvəyi rəngdə olur. Mavi rəngli almaz qeyri-adi tapıntı sayılır.

 

Mənbə: Milli.Az

 

22 yanvar 2014
GO BACK