Qadin.NET / Ən pis parol hansıdır?

Ən pis parol hansıdır?

 

SplashData şirkəti 25 ən pis parol illik reytinqini yeniləyib. Reytinqə əsasən, 2013-cü ildə 123456 kombinasiyası ən populyar parol olub.
 Milli.Az ICTnews-a istinadən bildirir ki, 2011-ci ildən etibarən tərtib edilən reytinqdə 123456 parolu ilk dəfə olaraq birinci yerdə qərarlaşıb. Bundan əvvəl password sözü lider olub, lakin 2013-cü ildə o, ikinci yerə yuvarlanıb.
Reytinqdə yer almış 25 paroldan 10-u rəqəmlərin kombinasiyasıdır (məsələn, 123456789 və ya 111111). Daha dörd parol hərf və rəqəmlərdən (məsələn, abc123) ibarətdir.
Digər 11 parol lüğət sözləri (admin, monkey, princess), söz birləşmələri (iloveyou, letmein) və klaviaturadakı klavişlərin ardıcıllığıdır (qwerty, azerty).
SplashData parollar reytinqi internetdə yayımlanmış ələ keçirilmiş parol siyahıları əsasında tərtib edilir.
Mənbə: Milli.Az

 

22 yanvar 2014
GO BACK