Qadin.NET / Hava haqqında - 22.01.2014

Hava haqqında - 22.01.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Əsasən səhər və axşam bəzi yerlərdə çiskinli az yağıntı olacağı ehtimalı vardır. Axşam bəzi yerlərdə duman olacaq.Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti təşkil edəcək.Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-70 faiz təşkil edəcək.
 Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir.Havanın temperaturu gecə 10-15° şaxta, bəzi yerlərdə 17°-dək şaxta, gündüz 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın gündüz, əsasən, yağmursuz olacağı gözlənilir.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava gündüz, əsasən, yağmursuz olacaq.Temperatur gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın gündüz, əsasən, yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 0-5° isti, gündüz 10-15° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın, əsasən, yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.

Mənbə: Milli.Az

22 yanvar 2014
GO BACK