Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti - 35-ci iclası iclası yanvarın 30-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Bu barədə İranın ISNA agentliyinə istinadən xəbər verir. Məlumata əsasən, iclasda iştirak etmək məqsədi ilə İran xarici işlər nazirinin müavini və İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur gələn həftə Qazaxıstana səfər edəcək. Astanada keçiriləcək iclasda bütün Xəzəryanı ölkələrdən nümayəndələrin iştirak edəcəyi bildirilir.Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 34-cü iclası 2013-cü ilin 21-22 noyabr tarixlərində Moskva şəhərində keçirilmişdi.
Mənbə: Milli.Az